Ekspress Dolum

Qısa müddət ərzində kartriclərinizi doldurmaq və ünvana çatdırmaq istəyirisinizsə QTECH MMC-nin işçiləri bunu sizin üçün edə bilərlər. Yalnız 1 gün ərzində sizin kartricləriniz ünvandan alınaraq doldurulacaq və yenidən ünvana geri qaytarılacaqdır. Həmçinin lazım olduğu halda kartriclərinizin diaqnostikası da aparılacaqdır. Çünki bəzi hallarda kartric artıq öz “son günlərini yaşayır”.

İstehsal prosesində, çap avadanlıqlarının sahibini materialları daim dəyişdirmələrini məcbur etmək üçün kartricə xüsusi çip sayğacı quraşdırılır. Belə bir çip istehsalçı tərəfindən müəyyən edilmiş bir səhifə həddinə çatdıqda çapı bloklayır. Bu vəziyyətdə faktiki olaraq printer daha bir müddət işləyə bilər, ancaq çap bloklanmış olur. Beləliklə, kartricin vaxtında doldurulmasının zəruriliyi məsələsi aktuallaşır. Mütəxəssislərimiz çipin dəyişdirilməsi tələb olunan kartricdə, çipi mütləq yenisi ilə əvəz edirlər.

Aparıcı istehsalçılardan bəzi printer modelləri proqramlaşdırıla bilər, yəni mikroproqramı əvəzləmək mümkündür. Beləliklə, avadanlıq yenidən doldurulan kartrici, yeni kartric kimi nəzərdən keçirəcəkdir. Mütəxəssislərimiz ən populyar  Canon, Hewlett Packard (HP), EPSON, XEROX, Samsung, Lexmark, Kyocera, Lenovo, Brothers printerlər, skanerlər və çap avadanlıqları üçün bir proqram yeniləmə xidmətini münasib qiymətlə həyata keçirə bilər.

Mütəxəssis texniklərimiz və keyfiyyətə sadiqliyimizlə biz printerlərinizin ən yaxşı vəziyyətdə qalmasını təmin edərək, dayanma müddətini minimuma endirərək və biznesiniz üçün məhsuldarlığı maksimuma çatdırırıq.

© 2024 · OK SERVICE· Sizin çap yoldaşınız