Ekspress Dolum

Sürətli kartric doldurma və ünvana çatdırmaq istəyirsinizsə, Ok Service MMC işçiləri bunu sizin üçün edə bilərlər. Yalnız 1 gün ərzində sizin kartricləriniz ünvandan alınaraq sürətli dolduracaq və yenidən ünvana geri qaytarılacaqdır. Həmçinin lazım olduğu halda, kartriclərinizin diaqnostikası da aparılacaqdır. Çünki bəzi hallarda kartric artıq öz “son günlərini yaşayır” və dəyişdirilməlidir.

İstehsal prosesində, çap avadanlıqlarının sahibini materialları daim dəyişdirmələrini məcbur etmək üçün kartricə xüsusi çip sayğacı quraşdırılır. Belə bir çip istehsalçı tərəfindən müəyyən edilmiş səhifə həddinə çatdıqda, çapı bloklayır. Bu vəziyyətdə faktiki olaraq printer daha bir müddət işləyə bilər, ancaq çap bloklanmış olur. Bu səbəbdən sürətli kartric doldurma zəruriliyi ortaya çıxır. Mütəxəssislərimiz çipin dəyişdirilməsi tələb olunan kartricdə, çipi mütləq yenisi ilə əvəz edirlər.

Bəzi aparıcı istehsalçılardan olan printer modelləri proqramlaşdırıla bilər, yəni mikroproqramı əvəzləmək mümkündür. Beləliklə, avadanlıq yenidən doldurulan kartrici yeni kartric kimi qəbul edəcəkdir. Mütəxəssislərimiz ən populyar Canon, Hewlett Packard (HP), EPSON, XEROX, Samsung, Lexmark, Kyocera, Lenovo, Brothers printerlər, skanerlər və çap avadanlıqları üçün proqram yeniləmə xidmətini münasib qiymətlə həyata keçirə bilər.

Mütəxəssis texniklərimiz və keyfiyyətə sadiqliyimizlə biz printerlərinizin ən yaxşı vəziyyətdə qalmasını təmin edərək, dayanma müddətini minimuma endirərək və biznesiniz üçün məhsuldarlığı maksimuma çatdırırıq.

© 2025 · OK SERVICE· Sizin çap yoldaşınız